Sosial şəbəkədə biz:

İran rəhbərliyindən Azərbaycana daha bir dəstək

04 November 2020, 15:02
Gündəm

“Ərazi bütövlüyünün bərpası Azərbaycanın hüququdur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında bildirib.

Ruhani İran Xarici İşlər Nazirliyinin də münaqişənin həlli ilə maraqlandığını  və bu baxımdan planını Azərbaycan, Ermənistan, Rusiya və Türkiyəyə təklif etdiyini bildirib.

Onun sözlərinə görə, İran bu planın qarşıdurmaya son qoyacağına və bölgədə sülhü təmin edəcəyinə ümid edir.