Sosial şəbəkədə biz:

Düşmənin Xankəndi yaxınlığındakı silah-sursat anbarı partladı

06 November 2020, 14:15
Gündəm

Düşmənin Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub. Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

" Azinforum.az " xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.