Sosial şəbəkədə biz:

Seyran Ohanyanın oğlu da vuruldu

07 November 2020, 09:24
Gündəm

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan Qarabağda gedən döyüşlərdə yaralanıb.

"Sputnik Armenia”ya yazır ki, Seyran Ohanyanın vəkili Karen Mejlumyan informasiyanı təsdiqləyib.

"O, xəsarət alıb və xəstəxanalardan birindədir. Başqa təfərrüatları açıqlaya bilmərəm", - Mejlumyan deyib.

Qeyd edək ki, dünən Seyran Ohanyanın da Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanması xəbəri yayılıb. /“Report”