Sosial şəbəkədə biz:

“İlham Əliyevlə danışdım, qələbəyə yaxınlaşırıq”

07 November 2020, 19:32
Gündəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Konqresində çıxış edib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Qarabağda gedən döyüşlərdən də söhbət açıb:

“Bu sabah İlham Əliyev qardaşımla telefonla danışdım. Prosesləri birbaşa özündən dinlədim. Müsbət nəticələri eşitdikdə çox sevindim. Qələbəyə yaxınlaşırıq. 30 il işğal altındakı torpaqlardan ayrı qaldılar. Amma indi torpaqlara qovuşurlar.”