Sosial şəbəkədə biz:

“180 milyona yaxın insan Şuşa xəbəri gözləyir” – Rəsul Quliyevin hesablaması

08 November 2020, 11:31
Gündəm

“Şuşanın təcavüzkarlardan azad edilməsini Azərbaycanda ən azı 10, İranda 30, Türkiyədə 70, Mərkəzi Asiya ölkələrində 30, Ukraynada 10 və sair üst-üstə 180 milyona yaxın insan səbirsizliklə gözləyir. Azərbaycan ordusunun bu işi görə bilməyəcəyini istəyənlərin sayı bütövlükdə 4 milyondan artıq ola bilməz”.

Bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.  O, deyib ki, Şuşanın azad edilməsi milyonlarla insanın ömrünü pozitiv enerji hesabına bir neçə il uzadacaq: 

"Ermənilərə hücum eyni inadkarlıqla üç istiqamətdə aparılmalıdır. Ermənilər Kəlbəcər və Xankəndi istiqamətlərindən çıxarılıb Şuşaya göndərilsə, sadəcə olaraq, Xankəndi və Kəlbəcər tutulmalıdır. Kəlbəcər-Şuşa yolu ilə irəliləməklə ermənilərin ətrafında döyüş həlqəsini daraltmaq lazımdır. Ermənilərdən əsir götürmək və onlarla yaxşı rəftar etməklə bütün silahlıları öz xoşlarına təslim olmağa həvəsləndirmək lazımdır".