Sosial şəbəkədə biz:

"Şuşa tam itirildi, Azərbaycan qoşunları Xankəndinin ətrafındadır!.."

09 November 2020, 19:52
Gündəm

Qarabağ separatçılarının lideri Araik Arutyunyanın mətbuat katibi Vaqram Poqosyan erməni qüvvələrinin Şuşa üzərində nəzarəti itirdiklərini etiraf edib.

O bu barədə Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

V.Poqosyan bildirib: "Bir sıra uğursuzluqlar bizi hələ də təqib edir. Şuşa şəhəri tamamilə bizim nəzarətimizdən kənardır. Azərbaycan qoşunları Stepanakertin ətrafındadırlar. Paytaxtımızın mövcudluğu təhlükə altındadır”. Virtualaz.org