Sosial şəbəkədə biz:

Koronavirusa yoluxanların sayı 52 milyona çatır

11 November 2020, 09:36
Gündəm

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 51 milyon 810 min 889 nəfərə çatıb.

Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 279 min 550 nəfərdir.

İndiyədək 36 milyon 395 min 975 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.