Sosial şəbəkədə biz:

“Problemlər Türkiyə Qarabağda bazalarını quranda başlayacaq...” -Erməni politoloq

11 November 2020, 09:51
Gündəm

“İndi  biz bütün Ermənistanı qurban veririk. Bu müqavilə ilə biz Türkiyəni Azərbaycanla birləşdiririk”. 
Bunu  Ermənistanın “AMGA” kanalına müsahibəsində son Azərbaycan-Ermənistan-Rusiya sülh razılaşmasını şərh edən erməni politoloq, işğalçı ölkənin keçmiş baş nazirinin baş məsləhətçisi olmuş Ayk Martirosyan söyləyib.
“Ancaq hələki həll oluna bilməyəcək problem yoxdur. Nə sülhməramlılar, nə də müttəfiqlər - problem deyil. Problemlər Türkiyənin Şuşada mövqeyini möhkəmləndirəcəyi və Qarabağ boyunca bazalarını yerləşdirdiyi zaman ortaya çıxacaq...” -deyə A.Martirosyan fikirlərinin davamında bildirib. Moderator.az