Sosial şəbəkədə biz:

Evlənmək istəyən 58 nəfərdə sifilis və QİÇS aşkarlandı

14 November 2020, 09:52
Gündəm

2020-ci ilin oktyabr ayında evlənmək istəyən 5326 nəfər tibbi müayinədən keçib. Götürülən qan nümunələrinə əsasən, 157 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, evlənmək üçün müayinədən keçən 49 nəfərdə sifilis, 9 nəfərdə isə HİV (QİÇS) müəyyən edilib.