“Barselona” loyallığına görə Messiyə 33 milyon avro ödəyəcək
"Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi gələn il klubdan loyallığına görə ciddi sədaqət mükafatı alacaq.
Qaynarinfo ESPN-ə istinadən xəbər verir ki, bir media mənbəyi bu məbləğin 33 milyon avro olacağını bildirib.
Messi bu il fevral ayında da klubdan daha 33 milyonu 2017-ci ildə bağlanmış dörd illik müqavilə şərtlərinə əsasən qazanıb.
Nəşr hazırkı müqaviləni imzaladığı vaxt forvardın 100 milyon avro aldığını xatırladır.
Əlavə edək ki, Messi "Barselona"nın öz məzunudur, 2004-cü ildə əsas komandada debüt edib. 33 yaşlı argentinalı peşəkar karyerasında 700-dən çox qola sahibdir. Messi altı dəfə "Qızıl top" qazanıb.