Sosial şəbəkədə biz:

“Azərbaycan Ordusu şücaət göstərdi” - İmran Xan

16 November 2020, 09:32
Gündəm

Pakistanın Baş Naziri İmran Xan Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın işğaldan azad edilməsi əməliyyatlarını alqışlayıb.

Bu barədə Pakistan lideri ölkə televiziyasına müsahibəsində deyib.

"Azərbaycan Ordusu nümunəvi şücaət göstərdi", - deyən Baş Nazir əlavə edib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı heç bir mübahisə yoxdur.

"Bütün dünya Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir. Onlar (azərbaycanlılar) öz ərazilərinə qayıdırlar”. Azvision.az