Sosial şəbəkədə biz:

İcra başçısı 3 ay əvvəl təyin etdiyi müavinini işdən çıxartdı

16 November 2020, 10:04
Gündəm

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müavinini vəzifədən azad edib. 

“Qafqazinfo” xəbər verir ki, başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  Kənan İbrahimov vəzifəsindən azad olunub. Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Kənan İbrahimov müavin vəzifəsinə bu ilin  avqust ayında təyin edilmişdi.