Sosial şəbəkədə biz:

Qarabağda işğalçılara qarşı döyüşən daha bir müəllim şəhid olub - FOTO

18 November 2020, 14:36
Gündəm

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi, baş leytenant Famil Əhmədzadə Tərtərin Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

Təhsil Nazirliyindən Mia.az-a bildirilib ki, o, 1997-ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub.

F.Əhmədzadənin təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb. İşlədiyi müddətdə öz savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə hər kəsin sevimlisi olmağı bacarıb.

Allah rəhmət eləsin!

img