Sosial şəbəkədə biz:

Hikmət Hacızadə vəfat etdi

20 November 2020, 10:02
Gündəm

Azərbaycanın milli-azadlıq hərəkatının liderlərindən biri olan Hikmət Hacızadə bu gün, 66 yaşında vəfat edib. Bu barədə mərhumun oğlu Adnan Hacızadə sosial şəbəkədə məlumat yaylb.

Hikmət Hacızadə 3-4 gün əvvəl insult keçirmiş, komaya düşmüşdü. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

A.Hacızadə bildirib ki, atası bu gün saat 11.30-da Yasamal qəbristanlığında torpağa tapşırılacaq.

Bildirilir ki, pandemiya ilə əlaqədar olaraq heç bir yas mərasimləri nəzərdə tutulmayıb. 

Allah rəhmət eləsin.