Sosial şəbəkədə biz:

“Azərbaycanlı qardaşlarımızla birgə zəfər sevinci yaşadıq” - Ərdoğan

21 November 2020, 17:02
Gündəm

"Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik əzablara son qoyacaq bir zəfər sevinci yaşadıq".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bəyan edib ki, zaman-zaman Ermənistanı üstümüzə qaldırmaqla Qafqazda yeni həmlələr etdilər: "Kimsənin Türkiyəni yanlış arqumentlərlə təhdid etməyə haqqı yoxdur. Ankaranın heç bir ölkə, qurumla siyasət və diplomatiya, dialoq yolu ilə həll olunmayan problemi də yoxdur".