Sosial şəbəkədə biz:

“Cənub korpusu Paşinyanın arvadına görə məğlub oldu” - Sabiq baş nazir

22 November 2020, 12:05
Gündəm

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan hazırkı baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı ikinci Qarabağ müharibəsi zamanı Cənub korpusunun məğlub olmasında ittiham edib.

Keçmiş baş nazir bu barədə erməni KİV-lərinə açıqlamasında bildirib.

Baqratyanın sözlərinə görə, müharibə vaxtı Ermənistanın hava hücumundan müdafiə sisteminin etibarlı olmadığı üzə çıxıb.

O, həmçinin Ermənistan prezidenti Armen Sarkisyanı korrupsiyada və ölkənin mineral ehtiyatlarını talan etməkdə günahlandırıb. Eləcə də Q. Baqratyan Ermənistan prezidentinin gizli agent olduğuna əminliyini ifadə edib.

Qrant Baqratyan, Nikol Paşinyanın hakimiyyətdəki günlərinin bitdiyinə və onun qaçılmaz istefasının əvvəldən gözlənilən nəticə olduğuna inandığını vurğulayıb.