Sosial şəbəkədə biz:

Bu dərsliklərin yenidən yazılması gündəmdədir - Nazirlik

26 November 2020, 16:59
Gündəm

Torpaqlarımızın erməni işğalından azad edilməsi ilə əlaqədar Azərbaycan tarixi və Qarabağ tarixi dərsliklərinin yenidən yazılması məsələsi gündəmdədir.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qəhrəmanlarımız haqqında hekayələrin yazılması, onlarla bağlı ayrı-ayrı təqdimatların edilməsi, tarixi faktların tam dəqiqləşdirilərək dərsliyin məzmununa gətirilməsi məsələsi gündəmdədir.