Sosial şəbəkədə biz:

Tayvanda millət vəkilləri bir-birlərinə heyvan içalatı atdılar - VİDEO

29 November 2020, 11:55
Gündəm

Tayvan parlamentində ABŞ-dan gətirilən donuz əti ilə bağlı mübahisə zamanı müxalifəti təmsil edən millət vəkilləri hakim partiyanın deputatlarına heyvan bağırsağı atıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Aksiya prezidentin ABŞ-dan ölkəyə “raktopamin” əlavəsi olan donuz ətinin idxalına icazə verən sərəncamına etiraz olaraq təşkil edilib. Bu qatqının Tayvanda donuz yeminə əlavə edilməsi qadağandır.

Mübahisə qısa müddət sonra davaya çevrilib.