Sosial şəbəkədə biz:

"Messi gələn il PSJ-də olacaq"

04 December 2020, 16:49
Gündəm

Fransanın "RMC Sport" telekanalı "Barselona"nın kapitanı Lionel Messinin karyerasını PSJ-də davam etdirəcəyini iddia edib.

Qol.az xəbər verir ki, bu barədə telekanalın jurnalisti Daniel Riolo bildirib: "Messi gələn il PSJ-də olacaq. Mən zarafat etmirəm, kifayət qədər ciddiyəm".

Qeyd edək ki, argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun klubu ilə müqaviləsini yeniləməyəcəyi bildirilir.