Sosial şəbəkədə biz:

Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi

05 December 2020, 10:30
Gündəm

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə noyabrın 27-də paytaxtda yerləşən restoranların birində keçirilən ad günü məclisinin təşkilatçısı Raziyyət Əliyeva, onun 3 rəfiqəsi və restoranın icarədarı müəyyən olunaraq, polis idarəsinə dəvət olunublar.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib. R.Əliyeva və rəfiqələri 200 manat, restoranın icarədarı 4000 manat cərimə ediliblər.