Sosial şəbəkədə biz:

Market, bazar və apteklər işləyəcək

08 December 2020, 16:46
Gündəm

Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə ərzaq mağazaları (supermaketlər, bazarlar) və apteklərin fəaliyyətinə icazə veriləcək.

Bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında qeyd olunub.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə yanacaqdoldurma məntəqələri, kimyəvi təmizləmə, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri və digər sahələrin fəaliyyətinə icazə veriləcək.