Sosial şəbəkədə biz:

Komadan ayılmayan baş leytenantımız şəhid oldu

09 December 2020, 14:47
Gündəm

Vətən Müharibəsində yaralanan əsgərlərindən biri şəhid olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb. Dekabrın 8-də isə komadan ayılmayaraq şəhadətə qovuşub. Hikmət əslən Ağdam rayonunun Yusifcanli kəndindən olub. 

Şəhidlik zirvəsinə yüksələn zabit Səfərov İkinci Fəxri Xiyabanda dəfn edilib.