Sosial şəbəkədə biz:

"Başqa işlə məşğulam" - General Ordudan uzaqlaşdırılmasından DANIŞDI

10 December 2020, 11:09
Gündəm

Vətən Müharibəsinə başlayandan sonra tanınmış general Rövşən Əkbərovun döyüşlərdə adının hallanmaması və görünməməsinə görə Ordudan uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılmışdı.

Unikal.org xəbər verir ki, Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov Gununsesi.info-ya açıqlamasında bu məlumatı təsdiqləyib.

R.Əkbərov ətraflı danışmayacağını bildirərək hərbi xidmətdən uzaqlaşdırıldığını deyib: “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam”.