Sosial şəbəkədə biz:

Nəcməddin Sadıkovun bacısı oğlu vəzifəsindən azad edildi

12 December 2020, 21:04
Gündəm

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub.

Bununla bağlı Müdafiə naziri Zakir Həsənov müvafiq əmr imzalayıb.

Nazirlikdən faktı Trend-ə təsdiqləyiblər.

Qeyd edək ki, vəzifəsindən azad edilən general-mayor Ramil Əsgərov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıkovun bacısı oğludur. Azərbaycan Müdafiə Nazirliyinin saytında yer alan məlumata görə, Nəcməddin Sadıkov artıq Baş Qərargah rəisi deyil.