Sosial şəbəkədə biz:

Rus sülhməramlıları Qarabağda 150 hektardan çox ərazini minadan təmizləyib

13 December 2020, 11:31
Gündəm

Rusiya sülhməramlıları son bir gündə Azərbaycanın Xankəndi şəhərində 12 hektardan artıq ərazini minalardan təmizləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 17,2 kilometrlik elektrik xətti və 31 transformator bərpa edilib.

Ümumilikdə Rusiya sülhməramlıları tərəfindən Dağlıq Qarabağda 150 hektardan çox ərazi minalardan təmizlənib.