Sosial şəbəkədə biz:

Yeni icra başçısı köməkçisini özünə birinci müavin TƏYİN ETDİ

14 December 2020, 11:56
Gündəm

Saatlı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Bununla bağlı RİH-nin başçısı Elmir Bağırov əmr imzalayıb. Əmrə əsasən, onun köməkçisi Əzizov Ruhid Seyidəzim oğlu vəzifəsindən azad olunaraq, Saatlı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı RİH-nin başçısı təyin edilib.