Sosial şəbəkədə biz:

Ermənistanda “ən ağır cəzaya məhkum olunacaq 10 satqın erməninin siyahısı” yayıldı... - FOTO

21 December 2020, 09:59
Gündəm

Ermənilər “ən ağır cəzaya məhkum olunacaq 10 satqın erməninin siyahısı”nı açıqlayıb.
Bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Siyahını təqdim edirik:`
1)Nikol Paşinyan - Ermənistanın baş naziri.2)David Tonoyan - Ermənistanın müdafiə naziri. 3) Onik Qasparyan - Baş Qərargahın rəhbəri. 4) Araik Harutyunyan – “DQR” “prezident”i. 5) Anna Akopyan  - Baş nazirin arvadı. 6) Andranik Köçəryan - Paşinyanın partiya həmkarı. 7) Ararat Mirzoyan - Ermənistan parlamentinin sədri. 8) Lilit Makunts - Mədəniyyət naziri. 9) Zarui Batoyan - Əmək naziri. 10) Araik Arutyunyan - Təhsil naziri.
 Siyahıya şərhdə yazılıb:

“Qisas, yalnız qisas! Artıq ən ağır cəzaya məhkum olunacaq 10 satqın erməninin siyahısı hazırlanıb.  Satqınları sifətindən tanıyın! Siyahı yenilənəcək... Satqınlara ölüm!..” Moderator.az