Sosial şəbəkədə biz:

Bu gündən tərxis başlayır - Sərəncam

25 December 2020, 12:18
Gündəm

Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında Sərəncam imzalayıb.  Sənəddə Azərbaycan Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçuların dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmələri əksini tapıb.