Sosial şəbəkədə biz:

Evlənmək məqsədilə qız qaçırılması faktına görə 9 cinayət işi başlanılıb

29 December 2020, 21:04
Gündəm

Daxili İşlər Nazirliyinin təqdim etdiyi məlumata əsasən, 2019-cu ildə yetkinlik yaşına çatmayan şəxsi məcbur etməyə görə Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə əsasən cinayət işi açılmayıb.

Bu barədə Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə dinləniləcək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında qeyd edilib.

Bildirilib ki, evlilik məqsədilə qız uşağının oğurlanmasına görə 9 fakt üzrə cinayət işi başlanılıb.