Sosial şəbəkədə biz:

Prezident üç nəfərə“Xalq artisti” fəxri adını verdi

31 December 2020, 12:01
Gündəm

Prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Konservatoriyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Həşimov Elçin Ləzgi oğlu

Mansurov Elşən Məmməd oğlu

Mansurov Malik Məmməd oğlu

“Əməkdar incəsənət xadimi”

Hüseynova Lalə Şirməmməd qızı

“Əməkdar mədəniyyət işçisi”

Seyidova Yaqut Şıxseyid qızı

“Əməkdar müəllim”

Abdinzadə Firuz Zeynal oğlu

Ələkbərov Sabir Ələkbər oğlu

Əliyev Adgözəl Məmmədhüseyn oğlu

Nağıyev Elçin Ağaşirin oğlu

Şahməmmədova Naibə Məqsud qızı

Yusifova Təranə Əbülfəz qızı.