Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Rəsul Quliyevin Azərbaycana gəlməsi ilə bağlı qızından AÇIQLAMA
Xəbər Şəkli
28 September 2026, 08:35
Siyasət
"Rəsul Quliyev artıq neçə illərdir, Amerikadadır. Artıq onun yaşını da bilirsiniz. Ən yaxınları - biz uşaqları, nəvələri, bütün ailəsi oradadır. Allah bilən məsləhətdir. Qismət olsa, Azərbaycana gələr..."
Bu sözləri Pravda.az-a müsahibəsində ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyevin qızı Xanım Quliyeva deyib.X.Quliyeva belə müzakirələrin aparılmadığını bildirib: "Hər halda bizim aramızda belə müzakirələr olmur. Atamın fikri, qəlbi həmişə Azərbaycandadır. Qızı olaraq atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir. 27 sentyabr - Anım Gününə gəlməyimizin səbəbi də elə atam oldu. Dedi ki, Azərbaycandasınız, gərək mütləq şəhidlərimizi ziyarət edəsiniz. Bir neçə gün öncə də Şəhidlər Xiyabanını ziyarət etmişik..."