Sosial şəbəkədə biz:

Bakıda qızıl medal qazanmış gimnast diskvalifikasiya olundu

05 January 2021, 20:11
Gündəm

Beynəlxalq Gimnastika Federasiyası (FIG) ukraynalı idmançı Oleq Vernyayevi cəzalandırıb.

"Report" NBC telekanalına istinadən xəbər verir ki, 27 yaşlı gimnast müvəqqəti olaraq, yarışlardan kənarlaşdırılıb.

FIG diskvalifikasiyanın səbəbini açıqlamayıb.

Qeyd edək ki, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olmuş Oleq Vernyayev eyni zamanda dünya və altıqat Avropa çempionudur. O, həmçinin 2015-ci ildə Bakıda təşkil olunmuş I Avropa Oyunlarında qızıl medal qazanıb.