Sosial şəbəkədə biz:

“Belə davam etsə, acından öləcəyik” – Günay

08 January 2021, 17:26
Gündəm

Müğənni Günay İbrahimli də işsizlikdən və maddi sıxıntıdan şikayətlənib.

Axşam.az xəbər verir ki, sənətçi “Xəbər-ətər” verilişində karantindən danışıb. O bildirib ki, heç bir gəliri yoxdur:

“Ölkədə karantin rejimi tədbiq ediləndən uzun müddət küçəyə çıxmadım. Belə davam etsə, acından öləcəyik. Heç bir gəlirim yoxdur, ailəmin əlinə baxıram. Evdəkilər çalışır, onlar da mənə maddi kömək edirlər”.