Sosial şəbəkədə biz:

Paşinyanın sözçüsü Moskva görüşünün detallarını açıqladı: Qərarlar qəbul ediləcək

10 January 2021, 17:29
Gündəm

“Sabahkı Moskva görüşündə ticarət yolu məsələsi müzakirə olunacaq”.

Yenisabah.az erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan deyib. Onun sözlərinə görə, görüşdə üçtərəfli bəyanat müzakirə olunacaq və qərarlar qəbul ediləcək:

“Əsirlərlə bağlı da görüş olacaq, həmçinin Sünik (Zəngəzur-red.) üzərindən ticarət və nəqliyyat yolu barəsində də görüş olacaq. Daha sonra Paşinyan və Əliyevin təkbətək görüşü də ola bilər".