Sosial şəbəkədə biz:

Azərbaycanın adı təhlükəli ölkələr siyahısından çıxarıldı

16 January 2021, 10:12
Gündəm

Ukrayna Azərbaycanı koronavirus pandemiyasının daha geniş yayıldığı "qırmızı zona" siyahısından çıxarıb.

Bu barədə Ukraynanın Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, "qırmızı zona"dakı ölkələrin siyahısı 66-dək azaldılıb.

Təhlükəli hesab olunan ölkələr sırasından Azərbaycanla yanaşı, Türkiyə, Moldova, İran, Norveç, Bolqarıstan və digər ölkələr də çıxarılıb. (Trend)