Sosial şəbəkədə biz:

Dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb - Faktiki hava

18 January 2021, 21:35
Gündəm

Ölkə ərazisində bu gün saat 21:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə üzrə hava şəraiti dəyişib.

Gədəbəy, Quba, Şahdağ, Sarıbaş, (Qax), Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda yağış yağıb.

Şimal-qərb küləyi arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 m/ san olub. Bakıda və Abşeron yarımadasında: Qum adasında 18, Çilov adası, Pirallahıda 16, Bakıda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.