Sosial şəbəkədə biz:

ƏDV-dən vətəndaşlara qaytarılan ümumi məbləğ AÇIQLANDI

21 January 2021, 21:05
Gündəm

Azərbaycanda ötən il ərzində "ƏDV geri al" layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat vəsait qaytarılıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

""İlin innovasiya layihəsi nominasiyası"nın qalibi seçilmiş #ƏDVgerial həm vətəndaşlar, həm də biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilir. Ötən il layihə çərçivəsində vətəndaşlara 33.4 milyon manat vəsait qaytarılıb" - deyə nazir qeyd edib.