Sosial şəbəkədə biz:

Paşinyan ombudsmanı istefaya göndərmək istəyir

27 January 2021, 16:59
Gündəm

Ermənistanın hakim “Mənim addımım” fraksiyası ombudsman Arman Tatoyanın istefasını istəyir.

Bu barədə “Joxovurd” yazıb.

“Söhbət ondan gedir ki, Qarabağa dair 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra, hakimiyyətin səhvlərindən danışan yeganə məmur Tatoyandır. Bu isə hakimiyyətin xoşuna gəlmir", - deyə nəşr qeyd edib.

Məlumata görə, hakim fraksiya Ədliyyə nazirliyi ilə birlikdə Tatoyanın könüllü olaraq istefasını təmin etməyə çalışır.