Sosial şəbəkədə biz:

“Nəcməddin Sadıkov hərbi xidmətdə deyil” - Müdafiə Nazirliyi

28 January 2021, 16:54
Gündəm

Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən bununla bağlı APA-ya bildirilib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil.Qeyd edək ki, general-polkovnik N. Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi. Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.