Sosial şəbəkədə biz:

Qırğızıstan prezidentinin mətbuat katibi həbs edildi

30 January 2021, 09:39
Gündəm

Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəhbəri Nurqazı Anarkulov rüşvət aldığına görə tutulub.

Bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat verib.

"Saxlanılan şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, maddi zənginləşmə məqsədini güdərək, aparıcı dövlət vəzifələrindən birinə təyinatla bağlı müsbət qərar qəbul etmək üçün müraciət edən şəxsdən külli miqdarda pul istəyib", - deyə məlumatda bildirilib.

Şübhəli barəsində Cinayət Məcəlləsinin "rüşvətalma" maddəsi ilə istintaq başlanılıb.

Anarkulov keçən ilin oktyabrında Prezident Sadr Japarovun sərəncamı ilə Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəhbəri təyin edilib. Azvision.az