Sosial şəbəkədə biz:

MEHDİYEVƏ ƏMRİNİ GERİ OXUTDURDULAR? - Elton Məmmədovun təyinatı bir sutka sonra təkzib edildi

30 January 2021, 13:49
Gündəm

“Dünən bir sıra kütləvi informasiya vasitələrində yayılıb ki, AMEA İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov guya AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilib. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu məlumatın heç bir əsası yoxdur”.

AMEA-nın Mətbuat və informasiya şöbəsinin yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, professor Elton Məmmədov hazırda da AMEA İşlər idarəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Elton Məmmədovun baş direktor təyinatına dair məlumatın bir sutka sonra təkzib edilməsi maraq doğurur. İstisna deyil ki, sabiqləri ətrafına toplayan Ramiz Mehdiyevə əmrini geri oxutdurublar.