Sosial şəbəkədə biz:

Bəzi mallara aksiz dərəcələri tətbiq ediləcək

01 February 2021, 17:28
Gündəm

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, aşağıdakı dərəcələrin tətbiq edilməsi təklif edilir:

- Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;

- Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.