Sosial şəbəkədə biz:

“Keçmiş ərlərimdən aliment almıram“ - Müğənni

01 February 2021, 17:35
Gündəm

Müğənni Sevda Sanəliyeva həyat yoldaşlarının heç birindən aliment almadığını açıqlayıb.

Tarix Əliyevin təqdimatında “Günə bir şou" proqramının qonağı olan ifaçı uşaqlarının ataları ilə istədiyi vaxt görüşdüyünü deyib:

 "Məhkəmə aliment kəsib, amma heç bir həyat yoldaşımdan almıram. Uşaqlarımın xoşbəxt olması, üzünün gülməsi mənə bəsdir. Övladlarım ataları ilə istədikləri vaxt danışırlar".

Qeyd edək ki, S.Sanəliyeva iki dəfə ailə qurub və ayrılıb. Müğənninin ilk toyu 2014-cü ildə baş tutmuşdu. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı  ilin avqustunda doğulmuşdu. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini bildirmişdi.

“Keçmiş ərlərimdən aliment almıram“  - Azərbaycanlı müğənni
“Keçmiş ərlərimdən aliment almıram“  - Azərbaycanlı müğənni