Sosial şəbəkədə biz:

İşğaldan azad olunan 5 kənd minalardan tam təmizləndi

02 February 2021, 16:21
Gündəm

Ağdam rayonunun işğaldan azad edilən 5 kəndinin ərazisi mina və partlayıcı qurğulardan tam təmizlənib.

Bu barədə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevb deyib.

Qurum rəsmisi bildirib ki, hazırda digər kəndlərin ərazilərində təmizlənmə işləri davam etdirilir:

"Artıq rayonun işğaldan azad edilən Ağdamkənd, Sarıcalı, Bağbanlar, İsmayılbəyli və Mərzili kəndlərinin ərazisi minalardan tam olaraq təmizlənib. Hazırda Şahbulaq, Cəvahirli və digə kəndlərdə təmizlənmə işləri davam etdirilir". (Trend)