Sosial şəbəkədə biz:

Vilayət Eyvazov kapitanı rəis təyin etdi - DYP-də daha bir dəyişiklik

03 February 2021, 11:55
Gündəm

Daxili İşlər orqanlarında yeni təyinat olub.

Məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Hüseyn Əliyev Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Bakı Şəhər Dövlət Yol Polisi şöbəsində komandir vəzifəsində çalışıb/Unikal.org.