Sosial şəbəkədə biz:

"Ötən il 89 milyon artıq və əsassız ödənişlər aşkarlanıb" - NAZİR

05 February 2021, 20:42
Gündəm

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb.

Bu barədə Maliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, həmin məbləğdən 37 milyon 535 min manatı yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.