Sosial şəbəkədə biz:

Hikmət Hacıyev Zəngilan və Cəbrayıla səfərdən yazdı

06 February 2021, 10:02
Gündəm

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edir.

O  bu barədə öz Tvitter hesabında məlumat verib.

"Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyinin birgə göstərişi ilə diplomatik korpuslar - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola düşmüşük" - H. Hacıyev qeyd edib.