Sosial şəbəkədə biz:

Masallı rayon xəstəxanasına yeni direktor təyin edildi - Foto

10 February 2021, 17:02
Gündəm

Hüquqi şəxsə yeni direktor təyinatı olub.

A
zinforum.az xəbər verir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Rasim Əzizov bu gün həmin xəstəxananın Publik Hüquqi şəxsə direktor təyin edilib.

Qeyd edək ki, Rasim Zülfüqar oğlu Əzizov 1958-ci ildə Masallı Rayonu Ərkivan qəsəbəsində anadan olub. 
O, 2002-2003-cü illərdə Masallı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 
2003-cü ildən bu günə kimi Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində işləyirdi.