Sosial şəbəkədə biz:

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

13 February 2021, 09:52
Gündəm

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tura start veriləcək.

İlk oyun günündə iki görüş keçiriləcək.

"Sumqayıt" doğma meydanda "Səbail"lə qarşılaşacaq. Turun mərkəzi oyununda "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək.

“Sumqayıt” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
Kapital Bank Arena

“Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu.