Sosial şəbəkədə biz:

Samuxun Ziyadlı kənd sakinlərinin pay torpaqları "məmur mafiyası" tərəfindən ələ keçirilir - VİDEO

13 February 2021, 10:41
Gündəm

Samux rayonu Ziyadlı kəndinin bir neçə sakini Azinforum.az-a müraciət edərək, bildiriblər ki, onların pay torpaqlarını uzun illərdi ki, məmurlardan ibarət olan mütəşəkkil bir dəstə ələ keçirərək, başqalarına satır. Kənd sakinlərinin sözlərinə görə, onlar bu vəziyyətlə bağlı müxtəlif instansiyalara müraciətlər ünvanlasalar da, problemləri öz həllini tapmayıb. Son ümid yerini saytımız vasitəsilə ölkə rəhbərliyinə müraciətdə görən kənd sakinlərinin videomüraciət formatında olan şikayətini təqdim edirik:

https://www.youtube.com/watch?v=JUNMK3lTZVA

Videomüraciətdə adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.